Türkiyə stadionlarında “QARABAĞ” plakatları - Foto (Yenilənib)

22 Oktyabr 2017 21:23 (UTC+04:00)

AzNews.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, "Kayserispor", "Bursaspor", "Galatasaray", "Trabzonspor", "Turgutluspor" və başqa bir neçə klubların tribunalarında qardaş ölkə azarkeşləri bu aksiyaya belə dəstək olublar.

***

Bu gün Türkiyənin və dünyanın ən böyük derbilərindən birində “Qarabağ” plakatı açıla bilər.

AzNews.az Qafqazinfo-a istinadən verdiyi məlumata görə, plakatın “Sabah” qəzetində Mövlud Tezelin Azərbaycan xalqını və “Qarabağ” azarkeşlərini təhqir edən məlum yazısına etiraz olaraq açılması təklif edilib.

Təklif “Fənərbahça” klubunun ən böyük azarkeş qruplarında biri olan “Fenerist” tərəfindən edilib: “Fənərbağça” və “Qalatasaray” azarkeşlərindən ricamız bu “tərbiyəsiz” yazıya qarşılıq derbidə “QARABAĞ”plakatı açmalarıdır”, - deyə azarkeş qrupunun çağırışında qeyd olunub.

Qeyd edək ki, derbi Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.