Kiyevdə Saakaşvilinin tərəfdarlarının mitinqi keçirilib - Foto

22 Oktyabr 2017 18:09 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, etiraz aksiyasında 400-dək insan iştirak edir.

Mitinq dualar və Ukraynanın dövlət himninin səslənməsi ilə başlayıb. Aksiyaya toplaşanlar anti-terror əməliyyatında, həmçinin Maydan hərəkatında ölən "Səma yüzlüyü" üzvlərinin xatirəsini bir dəqiqəlik sükutla anıb.

Etirazçılar qarşısında ictimai fəallar, siyasətçilər, deputatlar çıxış edir. Mixeil Saakaşvili, David Sakvarelidze, İvan Slobodyanık, deputatlar - Sergey Leşeko, Yuriy Derevyanko, Qluxova şəhərinin meri Mişel Tereşenko və digərləri aksiyada çıxış edir.

S.Leşenkonun sözlərinə görə, ölkə korrupsiyaya qərq olub. Aksiya iştirakçıları problemli məsələləri və islahatların qeyri-populyar olmasını müzakirə edirlər.

Mitinqdə həmçinin səhnələşdirilmiş "Poroşenko"nun – prezidentin rolunu oynayan aktyor da var. O, ukraynalının belində oturaraq əlində qızıl çörək tutub.