Azərbaycanda yaşı 100-ü keçən qadınlar kişilərdən 6 dəfə çoxdur

22 Oktyabr 2017 19:24 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Azərbaycanda “Sosial xidmət haqqında” Qanuna əsasən yaşı 70-ə çatmış şəxslər ahıl hesab edilir.

Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda ölkə üzrə 70 və yuxarı yaşda olan əhalinin sayı 377. 8 ( 377 800 nəfər) min nəfərdir:

“Onlardan 153.7 min ( 153700 nəfər ) nəfəri kişilər, 224.1 min (224 100 nəfər) nəfərdir. 80 yaş və yuxarı yaşda olan əhalinin sayı, ümumilikdə, 129.4 min (129 400 nəfər) nəfərdir. Onlardan 50, 9 min ( 50 900) nəfəri kişilər, 78, 5 min (78 500 nəfər) nəfəri kişilərdir”.

Komitə rəsmisinin sözlərinə görə, Azərbaycanda 90 və yuxarı yaşda olan vətəndaşların sayı 11.7 min (11 700 nəfər) nəfərdir:

“Onlardan 4.1 min (4 100 nəfər) nəfəri kişilər, 7.6 min (7600) nəfəri qadınlardır”.

100 və yuxarı yaşda olan əhalinin sayına gəlincə, R.Süleymanov deyib ki, onların 0.7 min (700) nəfərdir:

“100 və yuxarı yaşda olan vətəndaşlardan 0.1 min (100 nəfər) nəfəri kişilər, 0.6 min (600nəfər) nəfəri qadınlardır”.

Aparılan son tədqiqatlara görə, uzunömürlülər əsasən, Lerik, Astara və Lənkəran bölgəsində yaşayırlar.