Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

22 Oktyabr 2017 19:56 (UTC+04:00)

AzNews.az Azvision.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 4386,0 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,4 faizini təşkil edib.

Cari ilin yanvar-sentyabr ayları ərzində hər bir ölkə sakini orta hesabla 615,0 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 52,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.