Azyaşlı uşaq soyuqda yarıçılpaq halda diləndirilir - Bakıda+Foto

23 Oktyabr 2017 09:41 (UTC+04:00)

Bakı Metropoliteninin "Əhmədli" stansiyası yaxınlığında 09-10 yaşlarında olan oğlan uşağı soyuq havada asfalt üzərində yarıçılpaq halda dilənməyə məhkum edilib. AzNews.az xəbər verir ki, bu barədə tanınmış hüquqşünas Sevda Məhərrəmova facebook səhifəsində məlumat verib. O qeyd edib ki, uşaq burada özü könüllü olaraq diləndiyini desə də, az keçməmiş naməlum bir kişi uşağa yaxınlaşaraq onu ərazidən uzaqlaşdırıb.

Hüquqşünas faktla bağlı Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə xəbər verib. Lakin polis əməkdaşları dilənən uşağı tapa bilməyiblər.

Lalə Nurəddinqızı

AzNews.az