Gömrükdə 30 min qanunsuz siqaret aşkarlandı

23 Oktyabr 2017 11:10 (UTC+04:00)

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, Şirvan Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşi mübarizə şöbəsinə Sabirabad rayon sakininin idarə etdiyi "Saipa" markalı minik avtomobilində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlərin realizə ediməsi barədə məlumat daxil olub.

İdarənin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində həmin avtomobil Sabirabad rayonu ərazisində saxlanılıb və gömrük baxışı keçirilməsi məqsədilə İdarənin inzibati binasının həyətinə gətirilib. Sürücünün iştirakı ilə aparılan yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən üzərində aksiz markası olmayan 30 000 ədəd siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.