Sabah hava necə olacaq?

22 Fevral 2013 11:51 (UTC+04:00)


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, fevralın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.
Mülayim şimal küləyi əsəcək, axşam arabir güclənəcək. Havanın temperaturunun gecə 3-6, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında fevralın 23-də hava şəraitinin qərb rayonlarından başlayaraq yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

AzNews.az