İqbal Ağazadə: “Nə istəyirsiniz? İstəyirsiniz ki...”

22 Fevral 2013 11:54 (UTC+04:00)
"Siyasi proseslərə emosiya ilə yanaşmaq lazım deyil". AzNews.az-ın məlumatına görə, MM-də çıxış edən İqbal Ağazadə deyib ki, Türkiyənin üzərinə bu qədər düşmək düzgün deyil:

"Nə istəyirsiniz? İstəyirsiniz, bölgədə Rusiya hegemon güc kimi qalsın? Çalışmalıyıq ki, Türkiyə regiona daxil olsun. Bəzi Rusiyanın sifarşini yerinə yetirən vətənşüvənlər deyir ki, Türkiyənin regiona daxil olması yolverilməzdir. Belə olan halda Rusiya bölgədə tək qalacaq və istədiyi konflikti idarə edəcək. Türkiyə ilə münasibətləri daha da yaxşılaşdırmalıyıq".

İ.Ağazadə mətbuatın üzərində olan problemlərə də toxunub. Deputat bildirib ki, seçkilər öncəsi hakimiyyət və bəzi məmurlar müxalif qəzetlər üzərinə hücumlar edirlər: "Yeni Müsavat" və "Azadlıq" qəzetlərini məhkəməyə verməklə susdurmağa çalışırlar. Mətbuata məhkəmələr yolu ilə təzyiq etmək olmaz".

İlkin
AzNews.az