Pambıq məntəqəsində yanğın oldu

23 Oktyabr 2017 17:18 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Əsgərabad kəndi ərazisində yerləşən məntəqədə baş verib. Rayonun Əsgərabad kəndi ərazisində yerləşən pambıq qəbulu məntəqəsində hər birində 80 ton pambıq olmaqla yeddi pambıq tayası yığılıb. Hələlik məlum olmayan səbəblərdən 80 tonluq pambıq tayalarından birində yanğın baş verib.

İlkin məlumatlara görə, yanğın zamanı 500 kiloqramdan çox pambıq yanıb.

Hadisə yerinə cəlb olunan FHN-in Biləsuvar rayon YMH-nin əməkdaşları tərəfindən yanğın söndürülüb və digər pambıq tayalarına keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırmalara başlanılıb.