Goranboyda yol qəzasında xəsarət alan şəxs ölüb

23 Oktyabr 2017 18:28 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, rayonun Borsunlu qəsəbəsində "Mercedes" markalı avtomobil idarəetməni itirərək irəlidə gedən "Shacman" markalı yük maşınına çırpılıb. Nəticədə "Mercedes"də olan sərnişin, Yevlax rayonunun Tanrıqulular kənd sakini, 1974-cü il təvəllüdlü Hüseyn Əmrah oğlu Mehdiyev ağır kəllə-beyin travması alaraq Mingəçevir Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. O, bu gün xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.