Maşın piyada zolağında qadını vurdu

23 Oktyabr 2017 19:33 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu gün saat 18.30 radələrində Yasamal rayonu Şərifzadə küçəsində "Pegout 406" markalı avtomobil yolu keçmək istəyən 40-50 yaşlı qadını piyada zolağında vurub.

Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisəni törədən avtomobilin sürücüsü ətrafdakı insanların köməyi ilə qadını maşına qoyaraq xəstəxanaya aparıb.