AzNews.az FHN-nə istinadən xəbər verir ki, Bakının Xətai rayonunda yol kənarında 50 m2 sahədə taxta tullantıları yanıb.
Yüksək temperaturdan yaxınlıqda yerləşən ümumi sahəsi 15 m2 olan qarajın üzlüyü 4 m2 sahədə, içərisində olan televizorun və su nasosunun üzlükləri əriyib.
Qarajın qalan hissəsi və yaxınlıqdakı bağ sahələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.