Melih Gökçək istefa verəcək

23 Oktyabr 2017 21:37 (UTC+04:00)

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, o, bu haqda öz Tvitter hesabında məlumat yayıb.

Gökçək bələdiyyədə iclas keçiriləcəyini və hər kəslə vidalaşdıqdan sonra vəzifəsindən ayrılacağını açıqlayıb.

Qeyd edək ki, M.Gökçək vəzifəsini 23 il idi ki, icra edirdi. Bir neçə gün öncə Ərdoğan onu, Bursa və Balıkesir bələdiyyə sədrlərini istefaya çağırmışdı.