Ermənistanda rusiyalı hərbçi əsgər yoldaşını güllələdikdən sonra intihar edib

24 Oktyabr 2017 11:20 (UTC+04:00)

Ermənistanda rusiyalı hərbçi ehtiyatsızlıqdan əsgər yoldaşını güllələyib. AzNews.az TASS-a istinadən xəbər verir ki, hadisə Alaqyaz vilayətində baş verib. Burada müqavilə ilə xidmətdə olan Rusiya hərbçilərindən biri silahla ehtiyatsız davranaraq əsgər yoldaşını güllələyib. Adı açıqlanmayan hərbçi daha sonra intihar edib. Hərbi poliqondan verilən məlumatda bildirilib ki, onun intihar etməsinə səbəb cinayət məsuliyyətindən qorxması olub.

Faktla bağlı Rusiyanın İrəvandakı Cənub Hərbi Komissiyası araşdırmalar aparır. Qeyd edək ki, ötən gün Çeçenistanda da Rusiya hərbçisi dörd həmkarını güllələyib.