Hacı Cavad məscidi nə vaxt istifadəyə veriləcək?

24 Oktyabr 2017 11:48 (UTC+04:00)

Yasamal rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, dövlət başçısının tapşırığı ilə Hacı Cavad məscidinin Mətbuat prospektində daha münasib və mükəmməl layihə əsasında yeni binasının inşası davam edir. Tikinti işlərinin xeyli hissəsi artıq icra olunub, tikintinin bu ilin sonunadək başa çatdırılaraq məscidin dindarların istifadəsinə verilməsi nəzərdə tutulur.

Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Yasamal rayonunda daha bir məsciddə – İmam Hüseyn məscidində əsaslı təmir işləri aparılır.

AzNews.az