2018-ci il Qış Olimpiya Oyunlarının məşəli yandırılıb - Foto

24 Oktyabr 2017 16:33 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, alov ənənəyə uyğun olaraq Yunanıstandakı Olimp dağından götürülüb. Tədbir yerli vaxtla saat 12:00-da başlayıb. Güclü yaxış altında keçən mərasimdə ali kahin məşəli alovlandırıb.

7 gün Yunanıstanda səyahətdə olacaq məşəl oktyabrın 31-də Afinadakı “Olimpiakos” stadionunda Pxençxan Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsinin üzvlərinə təhvil veriləcək. Estafetin marşrutu 2018 km olacaq.

Qeyd edək ki, Olimpiada gələn il fevralın 9-dan 25-dək davam edəcək.