"Heç vaxt bu adda əməkdaşımız olmayıb" - Təhsil Nazirliyi

24 Oktyabr 2017 17:59 (UTC+04:00)

Trend-in məlumatına görə, qurumun sektor müdiri Cəsarət Valehov qeyd edib ki, Təhsil Nazirliyi Aparatının nəinki indi, heç vaxt bu adda qadın əməkdaşı olmayıb:

"Xəbər yayılıb ki, Təhsil Nazirliyinin qadın əməkdaşı həbs olundu. Özü də istinadsız, sorğusuz və indiki zaman formasında. Ancaq tam məsuliyyətlə bildiririk ki, Təhsil Nazirliyi aparatının nəinki indi, heç vaxt bu adda məsul və ya qeyri-məsul qadın əməkdaşı olmayıb".

Qeyd edək ki, KİV-də yayılan məlumata görə, Təhsil Nazirliyinin dələduzluqda təqsirləndirilən keçmiş məsul işçisi Aytəkin Bağırova məhkəmə zalında həbs olunub. O, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

AzNews.az