Bakıya qızını təbrik etməyə gələn ana öldü

24 Oktyabr 2017 20:24 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Rahilə Cəbrayılova Bakı şəhər Nəsimi rayonu 20 Yanvar küçəsindəki evin hamam otağında olarkən qazdan boğulub.

Bildirilir ki, R.Cəbrayılova Bakıya qızının ad gününü təbrik etmək üçün gəlibmiş

Faktla bağlı araşdırma aparılır.