500 kiloqrama yaxın mənşəyi məlum olmayan əti satmaq istəyən şəxs tutuldu - Foto

25 Oktyabr 2017 10:08 (UTC+04:00)

AzNews.az DİN-ə istinadən xəbər verir ki, Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində rayon sakini Fəxrəddin Həmzətov çəkisi 500 kiloqrama yaxın mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs Balakən, eləcə də ətraf bölgələrdən əldə etdiyi xəstə atları kəsərək həmin ətlərin iribuynuzlu mal əti adı altında Bakı şəhərində satışını təşkil etmək istəyib.

Kəsilmiş at cəmdəklərindən götürülən nümunələr laborator müayinəyə göndərilib. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən ət isitifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.

Qeyd edilən faktla bağlı toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.