“Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparmaq üçün möhkəm siyasi iradə var” - Kamran Əliyev

25 Oktyabr 2017 10:51 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, rBaş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Antikorrupsiya şəbəkəsinin təşkilatçılığı ilə baş tutub.

Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib ki, görüş “Korrupsiya cinayətlərinin istintaqı və cinayət tətbiqi: cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsi, əmlakın bərpası və prokurorların müstəqilliyi” mövzusuna həsr olunub.

İdarə rəisi bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin aparılması üçün möhkəm siyasi iradə var: “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Antikorrupsiya şəbəkəsi ekspertləri tərəfindən Azərbaycanda antikorrupsiya qanunvericiliyi, onun tətbiqi öyrənilib və müvafiq tövsiyələr verilib. Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Antikorrusiya şəbəkəsi tərəfindən 3 dəyərləndirmə mərhələsini uğurla keçib”.

Onun sözlərinə görə, Azərbaycan ekspertləri də digər ölkələrin antikorrupsiya qanunvericiliyinin qiymətləndirilməsində iştirak edir.

K. Əliyev qeyd edib ki, Azərbaycan korrupsiya sahəsində bütün konvensiyalara qoşulub.

Görüş müzakirələrlə davam etdirilib.