Azərbaycanda üçpilləli gömrük tarifləri sistemi ləğv ediləcək

25 Oktyabr 2017 12:35 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, hazırda bu məsələ Azərbaycan hökuməti tərəfindən nəzərdən keçirilir: “Biz pillələrin azaldılması təklifi ilə çıxış etmişik”.

Qeyd edək ki, hazırda Azərbaycanda üçpilləli gömrük tarifləri sistemi qüvvədədir. Ölkədə gömrük tariflərinin 0, 5 və 15 faiz dərəcələri mövcuddur.