Bu rayonda aptek yoxdur

25 Oktyabr 2017 15:52 (UTC+04:00)

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, Xızı rayon İcra Hakimiyyətindən rayonda aptekin olmadığı təsdiqlənib.

“Bəli, Xızı rayonunda heç bir aptek yoxdur. İnsanlar dərmana olan ehtiyaclarını Sumqayıtdan və digər yaxın rayonlarda olan apteklərdən qarşılayırlar. Həmçinin, rayon sakinləri dərmanla bağlı Xızı rayon Mərkəzi Xəstəxanasına müraciət edərsə, onlar müəyyən dərmanlarla təmin olunurlar. Rayonun heç bir yerində gizli dərman satışına da icazə verilmir”.