Ermənistan ordusunda növbəti qanlı insident

25 Oktyabr 2017 16:55 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, rgecə saatlarında iki hərbi qulluqçu arasında başlayan mübahisə sonradan qan tökülməsinə səbəb olub.

Təhqirlərə dözməyən Artur Xaçaturyan xidmət yoldaşına avtomat silahdan atəş açıb. A.Xaçaturyanın güllələdiyi hərbi qulluqçunun öldüyü, yaxud hələ yaşadığı barədə məlumat əsgərin valideynlərindən də gizlədilir.

Hadisə ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin istintaq idarəsi tərəfindən araşdırma başlayıb.