Yol tikintisinə 5,7 milyon manat ayrıldı - Sərəncam

25 Oktyabr 2017 18:20 (UTC+04:00)

AzNews.az xəbər verir ki, on beş min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi məqsədi ilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,7 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.