SOCAR-ın avtobusu jurnalisti vuraraq öldürüb

25 Oktyabr 2017 19:54 (UTC+04:00)

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Şirvan şəhəri Heydər Əliyev prospektində, SOCAR-a məxsus, 90 JS 409 dövlət nömrə nişanlı avtobus yolu keçən Şirvan sakini, 1956-cı il təvəllüdlü Məmmədli Səxavət Musa oğlunu vurub.

Xəstəxanaya çatdırılan S. Məmmədli orada dünyasını dəyişib.

S. Məmmədlinin əvvəllər "Ədalət", "Təzadlar" və "Həftə içi" qəzetlərində işlədiyi bildirilir.

AzNews.az