1 yaşlı uşaq qaynar suda yanıb

25 Oktyabr 2017 20:02 (UTC+04:00)

Trend-in məlumatına görə, hadisə axşam saatlarında baş verib. Rayon sakini, 2016-cı il təvəllüdlü Quliyev Ömər Elvin oğlunun üstünə yaşadığı evdə qaynar su tökülüb.

Azyaşlı sinə və qarın nahiyəsinin yanığı ilə xəstəxanaya çatdırılıb. Hazırda uşağın vəziyyəti ağırdır.

Fakla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalar aparılır.

AzNews.az