Borca görə həbs edilən zamin azadlığa buraxıldı

25 Oktyabr 2017 20:28 (UTC+04:00)

BAKU.WS-in məlumatına görə, bu barədə hüquqşünas Əkrəm Həsənov yazıb. O bildirib ki, Lalə Bunyatovanın işi üzrə şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasov baxıb:

"Hakim, Sabunçu rayon məhkəməsinin həbs qərarını araşdırmanın düzgün aparılmaması səbəbi ilə ləğv etdi və işi geri qaytardı. Lalə xanımı da iclas zalında azad etdi! Bu, ölkə tarixində borca görə həbsin ilk ləğvi oldu. Hamını təbrik edirəm!".

AzNews.az