Məşhur aktyor xəstəxanalıq oldu

25 Oktyabr 2017 22:17 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, iki əsgərin mübarizəsindən bəhs edən filmin çəkilişləri zamanı aktyorun ayağı sınıb. Onu təcili olaraq xəstəxanaya aparıblar.

'Can Feda' filmində Burak Özçivit və Kerem Bürsin iki əsgəri canlandıracaq. Qəhrəmanların mübarizəsi 23 fevralda ekranlarda görünəcək. Ssenarisi Zəfər Külünkə aid olan filmin rejissoru isə Çağatay Tosundur.