16 yaşlı yeniyetməni maşın vurdu

25 Oktyabr 2017 22:40 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Goranboy rayonun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kənd sakini 2001-ci il təvəllüdlü Babayev Rəşad Eldəniz oğlu yolu keçən zaman “Mercedes” markalı avtomobil onu vurub. 16 yaşlı yeniyetmə hadisə yerində ölüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

AzNews.az