Aparıcı Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil edildi

26 Oktyabr 2017 09:10 (UTC+04:00)

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

"Azərbaycanın ərazi bütövlüyü və suverenliyini, həmçinin qanunlarını pozduğuna görə, Burdenin adının arzuolunmaz şəxslər siyahısına daxil edildiyini təsdiqləyirik. Təəssüf edirik ki, o özünü təbliğat alətinə çevirib. İşğal altında olan torpaqlarda mətbəx şousu təşkil etmək Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkününə qarşı son dərəcə hörmətsizlikdir", - deyə H.Hacıyev əlavə edib.

E.Burden oktyabr ayında "Entoni Burden: bilinməyən yerlər" teleşousu üçün ermənilər tərəfindən işğal olunmuş Şuşaya səfər edib. O, bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

AzNews.az