Trampın Şimali Koreya "resept"i

26 Oktyabr 2017 09:58 (UTC+04:00)

Ağ Evin rəhbəri Donald Trampın sözlərinə görə, iki böyük nüvə gücü - Rusiya ilə ABŞ arasındakı münasibətlərin normallaşdırılması Şimali Koreya problemini həll etməyə kömək edəcək.

AzNews.az-ın məlumatına görə, bunu ABŞ prezidenti "Fox Business"ə müsahibəsində deyib.

"Hesab edirəm ki, ABŞ və Rusiyanın yaxşı münasibətləri olsaydı, KXDR ətrafında vəziyyət daha yüngül olardı. Çin bizə kömək edir. Lakin Rusiya fərqli mövqe tutub və bu mövqe bizə zərər verir", - Tramp bildirib.