Bu addımlar NATO-nu Rusiyaya yaxınlaşdıracaq

26 Oktyabr 2017 10:58 (UTC+04:00)

"Rusiya və NATO münasibətləri bərpa etmək üçün ilk addımları ata bildi". AzNews.az "TASS"a istinadən xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri çex general Protr Pavel çərşənbə günü jurnalistlərə açıqlamasında söyləyib.

"Rusiya ilə həm siyasi, həm də hərbi səviyyədə əlaqələri bərpa etməyə çalışırıq. Əslində bu əlaqələr tamamilə kəsilməmişdi", - Pavel vurğulayıb.