Vüsal Qasımlı biznes mühitinin təkmilləşdirilməsindən danışdı

26 Oktyabr 2017 16:08 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Vüsal Qasımlı Avropa ictimaiyyətinin diqqətinə əsasən Azərbaycanda aparılan iqtisadi islahatlar prosesini çatdırıb. Xüsusi olaraq biznes mühitinin təkmilləşdirilməsi, investisiya təşviqinin verilməsi, sənaye parkları, aqroparklar, texnoparklar, sənaye məhəllələrinin yaradılması, strateji yol xəritələrinin həyata keçirilməsi əsas islahat tədbirləri kimi qeyd edilib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində dövlətimizin beynəlxalq reytinqlərdəki mövqeləri güclənir və Azərbaycanın Dünya İqtisadi Forumunun (WEF) "2017-2018 Qlobal Rəqabət İndeksi" reytinqində 2 pillə yüksələrək 35-ci sırada qərarlaşması bilavasitə islahatların nəticəsidir.”

Vüsal Qasımlı eyni zamanda Avropa İttifaqı arasındakı əməkdaşlıq məsələlərinə toxunaraq qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının ən böyük ticari tərəfdaşıdır, ən çox Avropa investisiyalarını cəlb etmiş ölkədir. Eyni zamanda Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsindəki əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki , konfrans çərçivəsində Azərbaycan iqtisadiyyatının rəqəmsallaşması istiqamətində aparılan işlər böyük maraqla qarşılanıb. Xüsusilə Avropada ilk dəfə Rəqəmsal Ticarət Qovşağının məhz Azərbaycanda yaradılması və Azexport portalı ilə dünyanın aparıcı elektron ticarət portalları - Amazon, Alibaba ,Ebay, Tradekey, All.bizə inteqrasiya edilməsi nəqliyyat, eləcə də logistika şirkətləri kimi DHL, Fedex, TNT şirkətlərinin Azexport portalına qoşulması vurğulanıb. İİTKM-nin icraçı direktoru qeyd edib ki, hal hazırda Azərbaycan və Avropa İttifaqı bir birilərinin rəqəmsal imzalarının tanınması üzrə müvafiq əməkdaşlıq edirlər və bu gələcəkdə Avropa məkanında vahid rəqəmsal imzanın yaranmasına birgə töhfələr verməsinə imkan yaradacaq.

“Şərq Tərəfdaşlığı üzrə IV Biznes Forum” da Azərbaycanda “Bir Pəncərə İxraca Dəstək” mərkəzinin yaradılması haqqında da iştirakçılara məlumat verilib. Panel müzakirələri zamanı isə Azərbaycandakı iqtisadi islahatların konkret səmərə verməsi və ölkənin iqtisadiyyatının rəqabət qabiliyyətinin artması, beynəlxalq reytinqlərdə mövqelərin yaxşılaşması xüsusilə qeyd olunub.