Nazarbayev qazax əlifbasının latın qrafikasına keçidi haqqında fərman imzalayıb

27 Oktyabr 2017 09:32 (UTC+04:00)

AzNews.az istinadən xəbər verir ki, fərmana əsasən, prezident Qazaxıstan əlifbasının latın qrafikasına keçirilməsi üzrə milli komissiyanın yaradılması barədə göstəriş verilib.

Bundan əlavə fərmada deyilir: "Qazaxıstan əlifbasının latın qrafikasına keçidini 2025-ci ilə qədər təmin etmək. Əlifbanın keçidinin təmin edilməsi üçün latın qrafikasına əsaslanmış qazax dilinin 32 hərfdən ibarət əlifbası təsdiq edilsin".