ABŞ-da güclü qasırğa: bir şəhər işıqsız qaldı

27 Oktyabr 2017 11:51 (UTC+04:00)

Hazırda Virgin adalarında on minlərlə insan və Puerto Riko sakinlərinin 75% -nin elektrik enerjisi kəsilib. “Rhodium Group” beynalxalq analitik şirkətinin araşdırmasına görə, sentyabrın ikinci yarısında Puerto Rico və Virgin adalarında baş vermiş “Maria” qasırğası ABŞ tarixindəki ən böyük elektrik kəsilməsinə səbəb olub.

“Maria” qasırgası Puerto Riko şəhərində sentyabrın 20-də baş verib. Məlumata görə, ən azı 36 nəfər ölüb. Mütəxəssislərin hesablamalarına görə, təbii fəlakətin dövlətə vurduğu ziyan 95 milyard dollara çata bilər.