“Yetenek sizsiniz”də azərbaycanlı iştirakçı ilanla çətin anlar yaşadı - Video

27 Oktyabr 2017 14:22 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Firuzə səhnədə təkcə rəqsi ilə deyil, həm də 2 metr uzunluğunda piton ilanla münsifləri təəccübləndirib .

Həmyerlimiz şou göstərən zaman çətin anlar yaşayıb, paltarı sürüşməyə başlayıb. Daha sonra ilan yerlə sürünərək operatora tərəf sürünməyə başlayıb.

Münsiflərdən Acun Ilıcalı və Ali Tarhan şounun davamını izləmək istəməyib və “X” düyməsini basıb. Digər jüri Hulya Avşar isə F. İdrisbəylinin çıxısını sonadək izləyib.

Çıxışın finalında hər üç tanınmış şəxs Firuzənin rəqsini bəyənməyib. Onlar azərbaycanlı iştirakçıya geyimi ilə bağlı iradlarını bildiriblər.