Avropa İttifaqından Kataloniya açıqlaması

27 Oktyabr 2017 19:19 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tusk, Kataloniyanın müstəqilliyini elan etdikdən sonra sosial media hesabından qısa bir açıqlama verib.

Aİ adından dəyişən bir şey olmadığını bildirən Tusk, "İspaniya Avropa İttifaqının yeganə tərəfdaşı olmaqda davam edir" ifadəsini işlədib. Tusk Kataloniyanın müstəqilliyi qarşısında İspaniya hökumətinin güc tətbiq etməyəcəyinə ümid etdiyini bildirib.

İspaniyanın şərqindəki Kataloniya bu gün müstəqilliyini elan edib.