Daş karxanalarının işini polis araşdıracaq

27 Oktyabr 2017 20:00 (UTC+04:00)

Bu barədə Trend-in sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

Qeyd olunub ki, həmin daş karxanalarının əməlləri cinayət tərkibi yaratdığı üçün polisə müraciət edilib: "Müraciət qum-çınqıl daşınması və daş karxanalarının qanunsuz istifadəsi ilə bağlıdır. Bununla bağlı 5 iş artıq araşdırılmaq üçün polisə təqdim olunub".

Nazirlikdən deyilib ki, 2015-ci ildə qurum yerin təkindən qanunsuz istifadəyə görə prokurorluğa 22 iş göndərib.

AzNews.az