Neftin qiyməti qalxdı - 27 aydan sonra 60 dolları ötdü

27 Oktyabr 2017 23:48 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Brent neftinin qiyməti dünənlə müqaisədə 2 faiz artaraq 59,30 dollardan 60,53 dollara çatıb. Beləliklə, Brent markalı neftin 1 barelinin qiyməti son 27 ayın ən yüksək səviyyəsinə qalxıb.

WTI neftinin qiyməti 1 barelə görə bu gün 53,98 dollara yüksəlib və bu ilin mart ayının 1-i ilə müqaisədə ən yüksək səviyyəyə çatıb. Beləliklə, 8 ayın ən yüksək səviyyəsinə çatan WTI markalı neftin qiymətində 2,5% artım qeydə alınıb.