Yük avtomobili qatarla toqquşdu - Sürücü xəsarət aldı

28 Oktyabr 2017 09:05 (UTC+04:00)

Bakıda yük avtomobili qatarla toqquşub. AzNews.az "Report"-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb.

Məhəmmədi qəsəbəsində 62 yaşlı Quliyev Vaqif Əsədağa oğlu idarə etdiyi "Qazel" markalı yük avtomobili ilə dəmir yol xəttində hərəkətdə olan qatarı gözləməyib. Nəticədə qatar yük avtomobilinə çırpılıb.

Hadisə zamanı sürücü V. Quliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.