Kataloniya parlamenti buraxıldı - Yeni seçkilər keçiriləcək

28 Oktyabr 2017 09:18 (UTC+04:00)

İspaniya hakimiyyəti Kataloniyanın başçısı Karles Puçdemonu və onun hökumətinin üzvlərini vəzifədən uzaqlaşdırmaq qərarına qəlib.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu haqda İspaniyanın baş naziri Mariano Raxoy nazirləri Şurasının iclasının yekunlarından sonra deyib.

Onun sözlərinə görə, Kataloniya parlamenti buraxılıb və dekabrın 21-da yeni seçkilər keçiriləcək.