Kömür mədənində partlayış - Ölən var

28 Oktyabr 2017 09:20 (UTC+04:00)

Gürcüstanın qərbində Tkibuli şəhərində kömür mədənində süxurların uçması nəticəsində bir fəhlə həlak olub.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tbilisinin Imedi teleşirkəti xəbər verib.

Gürcüstan DİN-i mədəndə baş verən hadisə ilə bağlı araşdırma başlayıb.