Ded Xasanın adamları Dubaya toplaşır - “SXODKA”

22 Fevral 2013 15:23 (UTC+04:00)

Moskvada öldürülən "qanuni oğru" Ded Xasanın klanına daxil olan şəxslər "sxodka" keçirmək üçün çarter reys ilə Birləşmiş Ərəb Əmirliklərinə gedib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə onlar fevralın 21-də Moskvadan Novosobirskə gediblər. Dubaya getmək üçün təyyarə kirayələyən "qanuni oğru"ların sayının 100-ə yaxın olduğu bildirilir. Ancaq son anda təhlükəsizlik səbəbi ilə "qanuni oğru"ların Dubaya eyni təyyarədə yox, tək-tək getməsi qərara alınıb.

Buna görə də çarter reysi ilə onlardan ancaq Ded Xasanın qohumu Miron, Velara Kürd, Timuri Mirzoyev, Quram Çixladze gedib. "Sxodka"nın gələn həftə keçirilməsi planlaşdırılır. Görüşdə Ded Xasandan sonrakı vəziyyətin müzakirəsi və 10 nəfərin taclandırlması nəzərdə tutulur.

Elnur
AzNews.az