İsmayıllıda yanğın

28 Oktyabr 2017 23:39 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, İsmayıllı rayonunda ümumi sahəsi 600 m2 olan tikilinin dam örtüyü 300 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.