Putinlə Ərdoğan arasında telefon danışığı olub

29 Oktyabr 2017 10:42 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunmuş məlumatda bildirilir.

Məlumata görə, prezidentlər inkişafda olan ikitərəfli əməkdaşlığım müxtəlif aspektlərini, o cümlədən, iri müştərək enerji layihələrin icrasını, habelə Suriyada təhlükəsizlik zonaların yaradılmasının təmin edilməsini, terrorla mübarizənin və siyasi nizamlanma prosesinin intensivləşdirilməsini müzakirə ediblər.

Liderlər şəxsi təmasların davam etdirilməsinə dair razılığa gəliblər.