Ağsuda iki maşın toqquşdu, ağır yaralananlar var

29 Oktyabr 2017 11:16 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, qəza zamanı "90-ZF-641" dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil "Niva” ilə toqquşub.

Nəticədə “Niva”nın sürücüsü, 1995-ci il təvvəllüdlü Aydın Asəf oğlu Hacıyev və onun atası, Ağsunun Kalva kənd sakini, 1968-ci il təvvəllüdlü Asəf Ağasən oğlu Hacıyev ağır xəsarət alıb. Yaralıların vəziyyəti ağır olduğundan onlar Bakıdakı xəsətəxanalardan birinə çatdırılıblar.

“Mercedes”in sürücüsü, 1960-cı il təvvəllüdlü Rasim Ağəli oğlu Əsgərov Şamaxı rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.