Arvadından boşanan kişi küçənin ortasında onu döydü - Bakıda

29 Oktyabr 2017 18:39 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Xətai rayon sakini, 41 yaşlı Qərənfil Mustafayeva (ad şərtidir) polisə müraciət edərək bildirib ki, keçmiş həyat yoldaşı Nazim onu Cavanşir küçəsi 2 ünvanındakı binanın qarşısında döyüb.

Qadın bildirib ki, bir neçə il əvvəl həyat yoldaşından rəsmən boşanıb. Lakin bundan sonra da onlar arasında münaqişələr baş verib.

Müraciət əsasında araşdırma aparılır.