İŞİD şahzadəni təhdid etdi

29 Oktyabr 2017 21:55 (UTC+04:00)

AzNews.az xəbər verir ki, İngilis mətbuatında çıxan məlumata görə, İŞİD-in paylaşdığı ismarıcda "Kral ailəsi belə tək qalmayacaq" bildirilib və şahzadə Corcun və onun oxuduğu Londonun şərqindəki Tomas Battersea məktəbinin şəkili paylaşılıb. Mesaja eyni zamanda məktəbin ünvanını əlavə edən İŞİD-çilər ünvanın yanında "Məktəb erkən başlayır" yazısını yazıblar.

İngilis təhlükəsizlik qüvvələri mesaj göndərilən ünvanı təqib edərkən, məktəb ətrafında yaşayan insanlar mediaya narahat olduqlarını bildiriblər.