Qardaş qardaşı güllələyib

30 Oktyabr 2017 10:44 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, rayonun Yarımca kənd sakini, 1972-ci il təvəllüdlü Şirxan Məhərrəmov qardaşı, 1966-cı il təvəllüdlü Səmədi gülləyərək qətlə yetirib.

Hadisənin qardaşlar arasında baş verən mübahisə zəminində baş verdiyi bildirilir.

Qətli törədən şəxs saxlanılıb.

Faktla bağlı Xızı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.