İnterpolla axtarılan Azərbaycan vətəndaşı Gürcüstanda silahla saxlanılıb

30 Oktyabr 2017 11:04 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, Marneulidə saxlanılan 1990-cı il təvəllüdlü İ.M. adlı şəxsin avtomobilində “Kalaşnikov” avtomatı, 2 daraq və 50 patron aşkarlanıb. Saxlanılan şəxsin 2014-cü ildən İnterpolun “qırmızı xətti” ilə axtarışda olduğu müəyyənləşib. O, qətl törətməkdə günahlandırılır.

Gürcüstan DİN dövlət sərhədini qanunsuz keçmə və qanunsuz silah saxlama maddələri ilə istintaq aparır.